AZ

ABŞ Dövlət Departamentindən İrana başsağlığı

ABŞ administrasiyası İran prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan və onları müşayiət edən şəxslərin helikopter qəzasında həlak olması ilə bağlı başsağlığı mesajı dərc edib.

525.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller Rəisi və onu müşayiət edən rəsmilərin həyatını itirdiyi qəza ilə bağlı açıqlama verib.

Sözçü Miller açıqlamasında: “Birləşmiş Ştatlar İran prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan və nümayəndə heyətinin digər üzvlərinin İranın şimal-qərbində helikopterin qəzaya uğraması nəticəsində həlak olması ilə bağlı rəsmi şəkildə başsağlığı verir”, - deyib.

Miller bəyan edib ki, ABŞ İranın yeni prezidentini seçərkən “əsas insan hüquqları uğrunda mübarizə aparan” İran xalqına dəstəyini bir daha vurğulayıb.

Malik Atilay






















Bizi İnstagramda izləyin

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
330
2
525.az

10Mənbələr