Mayın 6-da Cənubi Afrikanın Corc şəhərində tikilməkdə olan çoxmərtəbəli binanın çökməsi nəticəsində ölənlərin sayı 33-ə çatıb.
525.az xəbər verir ki, Cənubi Afrika Respublikasının Corc Bələdiyyəsindən verilən açıqlamada dağıntılar altında qalan 62 işçinin hamısının xilas edildiyi, axtarış-xilasetmə işlərinin sona çatdığı bildirilib.
Açıqlamada hadisə nəticəsində 33 nəfərin həyatını itirdiyi vurğulanıb. Yaralanan 29 işçidən 10-nun xəstəxanada müalicəsinin davam etdiyi, ölən 33 işçidən 2-nin şəxsiyyətinin hələlik müəyyən edilmədiyi bildirilib.
Məhəmməd Tağıyev
Bizi Facebookda izləyin
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta