AZ

Sumqayıtda 51 yaşlı qadını döyüb, telefonunu əlindən alıblar

Mayın 15-i saat 14 radələrində Sumqayıt şəhərinin ərazisində naməlum şəxs Sumqayıt şəhər sakini olan 51 yaşlı qadını döyərək quldurluq etməklə onun mobil telefonunu alıb.

 

DİN-dən verilən məlumata görə, hadisədən sonra zərərçəkən Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinə müraciət edib. Keçirilən tədbirlərlə hadisəni törətmiş Sumqayıt şəhər sakini əvvəllər məhkum olunmuş 1986-cı il təvəlüldlü İlqar Şirinov saxlanılıb.

 

Araşdırmalar davam etdirilir.

 

Onun əməllərindən zərərçəkən başqa şəxslər varsa bu barədə polis orqanlarına məlumat verə bilərlər.

Tarix: 20 May 2024, 12:41   
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
6
50
pravda.az

10Mənbələr