AZ

Parkda cəsədi tapıldı: Casus İngiltərədə müəmmalı şəkildə öldü

Çin kəşfiyyatı üçün Honq-Konq fəallarına casusluq etməkdə ittiham olunan keçmiş Britaniya dəniz piyadası müəmmalı şəraitdə ölüb. 

 

Sfera.az bildirir ki, tibbi yardımların bütün səylərinə baxmayaraq, 37 yaşlı Metyu Trikett hadisə yerində keçinib.


Qeyd olunur ki, Temza Vadisi polisi ictimaiyyət nümayəndələri tərəfindən Maidenheaddəki Qrenfell Parkına çağırılıb.

 

Trikettin məlumatların toplanmasına razılıq verdiyi də məlumdur. Bundan əlavə, o, xarici kəşfiyyata kömək edə biləcək fəaliyyətləri izləyib. Hazırda hadisə ilə bağlı araşdırma aparılır.


Temza Vadisi Polisinin sözçüsü: "Hazırda müəmmalı ölümlə bağlı araşdırmalar davam edir. Cəsədin şəxsiyyəti müəyyən edilib və onun 37 yaşlı Metyu Trikett olduğunu təsdiqlənib. Ailəsinə məlumat verilib və onlara da polis tərəfindən dəstək verilir. Bu çətin dövrdə onların şəxsi həyatına hörmət edilməsini xahiş edirik” - deyə bildirib. 

 

Qeyd edək ki, Trikketin məhkəməsi gözlənilirdi. O, girov qarşılığında azadlığa buraxılıb. Buna görə də, onunla son dəfə əlaqə saxlayan polis olub. Bu halda, yəni, polislə əlaqə saxladıqdan sonra ölüm baş verərsə, prosessual olaraq Polis Davranışı üzrə Müstəqil İdarəyə (IOPC) məcburi müraciət edilir.

 

Aynil

Sfera.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
128
50
sfera.az

10Mənbələr