AZ

Rusiya Xarici İşlər Nazirliyi İrana yardım göstərməyə hazır olduğunu açıqladı

"Rəsmi Moskva çətin eniş edən İran prezidenti İbrahim Rəisinin  helikopterinin axtarışına kömək etmək üçün xilasedici qruplar göndərməyə hazırdır".

32gun.az  Tasnim agentliyinə istinadən xəbər verir ki, bunu Rusiya Federasiyası Xarici İşlər Nazirliyi bildirib.

Departamentin adını açıqlamayan nümayəndəsi vurğulayıb ki, Rusiya tərəfi təcili olaraq İrana xilasedicilər göndərməyə hazırdır, bu artıq elan edilib. Hazırda Xarici İşlər Nazirliyi İran tərəfinin qərarını gözləyir, diplomat vurğulayıb.

Bundan əvvəl İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İran prezidenti İbrahim Rəisinin helikopterinin qəzaya uğradığı yerdən siqnal aldığını bildirib .

Mayın 19-da İran prezidentini daşıyan helikopter sərt eniş edib . Təyyarədə həmçinin İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan və bir sıra digər İran rəsmiləri də olub. Prezidentin kortejində üç helikopter olub , onlardan ikisi nazirləri və rəsmiləri daşıyaraq təyinat yerinə təhlükəsiz şəkildə çatıb.

Hazırda İranın bütün təhlükəsizlik qüvvələri prezidentin axtarışı ilə məşğuldur .
Ayxan 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
118
50
32gun.az

10Mənbələr