AZ

Rəisinin helikopterinin dəqiq yeri müəyyən edildi

İran Prezidenti İbrahim Rəisinin olduğu helikopterin qəzaya uğradığı dəqiq yer müəyyənləşib.

Editor.az Report-a istinadən xəbər verir ki, bu barədə İranın Şərqi Azərbaycan əyalətində İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanı, general Əsgər Abbas Qalizadə bildirib.

“Bir neçə dəqiqə əvvəl hadisə yerində olan ekipaj üzvünün helikopterindən və mobil telefonundan siqnal daxil olub”, – “Tasnim” agentliyi onun sözlərini sitat gətirib.

Komandan əlavə edib ki, axtarış-xilasetmə əməliyyatında iştirak edən hər kəs sərt enişin ərazisinə doğru gedir və o, xalqa xoş xəbər çatdıracağına ümid edir.

Qeyd edək ki, İranda Prezidentin olduğu helikopter sərt eniş edib. Təyyarədə həmçinin İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan və ölkənin bir sıra digər rəsmiləri də olub. Prezidentin kortejində üç helikopter olub, onlardan ikisi nazirləri və məmurları daşıyaraq təyinat yerinə salamat çatıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
69
40
editor.az

10Mənbələr