AZ

SEPAH yasa gələn qruplaşma liderləri ilə iclas keçirdi

SEPAH helikopter qəzasında həlak olan İran Prezidenti İbrahim Rəisinin dəfn mərasiminə gələn qruplaşmaların başçıları ilə iclas keçirib.
BUTA.TV xəbər verir ki, bu barədə “Fars” xəbər agentliyi məlumat yayıb. İclasda SEPAH-ın baş komandiri Hüseyn Salami, SEPAH-ın Qüds qüvvələrinin komandiri İsmayıl Qaani, HƏMAS, İslami Cihad, Fələstinin Xalq Qurtuluş Cəbhəsi, Hizbullah, husilər və İraqda İrana bağlı silahlı qruplaşmaların nümayəndələri iştirak edib.

İclasda regionda son hadisələr barədə müzakirələr aparıldığı deyilsə də, görüşün təfərrüatı barədə açıqlama verilməyib.

Seçilən
383
1
buta.tv

10Mənbələr