AZ

Helikopter qəzasına uğrayan İran prezidentinin axtarışları davam edir...

Image

İran prezidenti İbrahim Rəisini daşıyan helikopter qəzaya uğrayıb. Helikopterdə İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianın və daxili işlər naziri Ahmed Vahidinin də olduğu bildirilib.

Şərqi Azərbaycan valisinin müavini Cebbarali Zakiri İran prezidenti Rəisinin konvoyunda 3 helikopterin olduğunu və onlardan 2-nin eniş etdiyini, birinin isə qəzaya uğradığını bildirib.

İran prezidentinin İnstaqram hesabında da paylaşım edilib. Paylaşımda “Mənim üçün dua edin” sözləri yer alıb.

İranın Baş Qərargah rəisi Məhəmməd Baqiri prezident İbrahim Rəisini daşıyan helikopterin tapılması üçün bütün vasitələrin səfərbər edilməsi barədə göstəriş verib.

Bakırinin məsələ ilə bağlı yazılı açıqlaması İran dövlət televiziyasında paylaşılıb. Bakiri deyib: “Prezident sədrinin helikopterinin tapılması və xilasetmə işlərinin aparılması üçün İran Ordusu və İran İnqilabı Keşikçiləri Korpusunun bütün imkan və avadanlıqlarından istifadə edilməlidir”.

Qeyd olunub ki, İran silahlı qüvvələri hadisənin əvvəlindən axtarışlara cəlb edilib.

İranın Qızıl Aypara Cəmiyyəti prezidenti daşıyarkən “qəza”ya uğrayan helikopterlə bağlı axtarış-xilasetmə işlərinin əlverişsiz hava şəraiti səbəbindən havadan həyata keçirilə bilməyəcəyini bildirib. axtarış-xilasetmə işləri haqqında İran dövlət televiziyasına açıqlama verən İran Qızıl Aypara Cəmiyyətinin rəhbəri Pir Hüseyn Kulivend bildirib ki, bölgədəki əlverişsiz hava şəraiti (sıx duman) səbəbindən PUA-lardan istifadə etməklə havadan axtarış-xilasetmə işləri aparmaq mümkünsüzdür.

İran rəsmisi 40 axtarış qrupunun dağlıq və əlçatmaz bölgədə quru yolu ilə işlərini davam etdirdiyini bildirib.

“Reuters”ə danışan İran rəsmisi deyib ki, “Helikopterin qəzaya uğramasından sonra prezident Rəisi və xarici işlər naziri Abdullahianın həyatı risq altındadır”.

Rəsmi hələ də ümidli olduqlarını, lakin qəza yerindən gələn məlumatların çox narahatverici olduğunu bildirib.

İranlı mənbələr xilasedicilərin İran prezidentinin helikopterinin qəzaya uğradığı bölgəyə yarım saat ərzində çata biləcəyini açıqlayıb.

TAHİR





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
58
39
baki-xeber.com

10Mənbələr