AZ

İran prezidentinin tapılması üçün bütün imkanlardan istifadə olunur – Silahlı Qüvvələrin Baş Qərargah rəisi

İran prezidenti İbrahim Rəisini aparan helikopterin tapılması üçün silahlı qüvvələrin bütün imkanlarından istifadə olunur.

Day.Az-ın məlumatına görə, bunu İranın Silahlı Qüvvələri Baş Qərargahının rəisi general-leytenan Məhəmməd Hüseyn Baqeri deyib.

Onun sözlərinə görə, hadisə haqda məlumat olunduğu vaxtdan İran ordusu. İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH), hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə cəlb olunublar.

Qeyd edək ki, bu gün İran prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian İranın Ali Liderinin Təbriz üzrə nümayəndəsi Məhəmməd Əli Ali Haşimi, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhmətini Xudafərindən Təbrizə aparan helikopterin sərt eniş etdiyi bildirilir. Hələlik xilasedicilər hadisə yerinə çata bilməyiblər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
594
2
day.az

10Mənbələr