AZ

İran prezidentinin olduğu helikopter məcburi eniş edib –Bir helikopter Culfa yaxınlığında qəzaya uğrayıb /FOTO

İran prezidenti İbrahim Rəisinin  içində olduğu helikopterin Culfa yaxınlığında qəzaya uğraması barədə məlumat yayılıb.

Azpost.info bildirir ki, bu barədə İran TV-ləri məlumat verib.

Prezident Rəisini daşıyan helikopter əlverişsiz hava şəraiti səbəbindən Şərqi Azərbaycanda eniş etmək məcburiyyətində qalıb. Sosial şəbəkələrdə yayılan təsdiqlənməmiş məlumatlara görə, bazar günü İran prezidentinin İranın şimal-qərbindəki Şərqi Azərbaycan əyalətinə səfəri zamanı karvanı daşıyan üç helikopterdən biri qəzaya uğrayıb.

Bir neçə dəqiqə əvvəl prezidenti aparan helikopter Şərqi Azərbaycanın şimal bölgəsində dumanlı hava şəraiti səbəbindən yerə enib və hazırda prezidentin karvanı Təbrizə doğru gedir.

Prezident və onun karvanı Təbrizə çatmaq üçün Xodafərinlə Təbriz arasındakı məsafəni quru yolu ilə qət edib.

 

 

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
4
50
azpost.info

10Mənbələr