"Real Madrid"in türkiyəli ulduzu Arda Gülər sevgilisi və ailəsi ilə yeni fotolarını paylaşıb.
BAKU.WS-in xəbərinə görə, o fotoları "Instagram" hesabında bölüşüb.
Arda fotoları "Son zamanlar həyat" deyə şərh edib.
Gülərin 2005-ci il təvəllüdlü sevgilisi Duru Nayman 23 nömrəli forma ilə "Qalatasaray" qadın basketbol komandasında çıxış edir.
Hazırda "Qalatasaray" komandasında forma geyinən Duru Nayman əvvəllər "Fənərbağça"da çıxış edib.