AZ

İnsan alverinin qurbanları….Deputat faktlarla danışdı

Son 20 ildə insan alveri ilə bağlı 2326 cinayət hadisəsi qeydə alınıb. Qurbanların ümumi sayı 1350 nəfərdir. Bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc parlamentin İnsan hüquqları, həmçinin Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin mayın 17-də keçirilən birgə iclasında İnsan alverinə qarşı mübarizə üzrə milli koordinatorun illik hesabatı ilə bağlı çıxışı zamanı deyib.

İnsan alverinə qarşı mübarizədə informasiya texnologiyalarının rolunu qeyd edən komitə sədri bildirib ki, sosial şəbəkələr vasitəsilə 58 cinayət faktı aşkarlanıb.

Z.Oruc deyib ki, qaynar xəttə 9600 zəng daxil olub və bu zənglər əsasında insan alverinə qarşı mübarizə məqsədilə cinayət işi başlanılıb


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
159
50
xalq.az

10Mənbələr