AZ

Seyfulla Əzimovun insan alverinə qarşı mübarizəyə dair məlumatı dinlənilir

İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun 2023-cü ildə Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair məlumatı dinlənilir.

“Cebhe.info” xəbər verir ki, məlumatı Azərbaycanın İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatoru, daxili işlər nazirinin birinci müavini, polis general-leytenantı Seyfulla Əzimov təqdim edir.

Nazir müavini bildirib ki, insan alverinin qurbanları üçün mərkəzlərin yaradılması, onların dərman preparatları ilə təmin olunması milli fəaliyyət planında təsdiqlənib.

Qeyd edək ki, məlumatda insan alverinə qarşı mübarizə fəaliyyəti ilə bağlı qanunvericilik, profilaktika, maarifləndirmə, təlim və treninqlər, beynəlxalq əməkdaşlıq, məcburi əməyin qarşısının alınması sahəsində tədbirlər, cinayət təqibi və qurbanlarla iş, qarşıda duran vəzifələr kimi istiqamətlərdə görülən işlər öz əksini tapıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
143
15
cebheinfo.az

10Mənbələr