AZ

Moldovada referendum keçiriləcək

Moldovada prezident seçkisinin və AB-yə üzvlük referendumunun tarixləri açıqlanıb. Ölkə parlamenti oktyabrın 20-də prezident seçkisi və AB-yə üzvlüklə bağlı referendumun keçirilməsinə razılıq verib.

Moldovada seçicilər Konstitusiyaya “Avropa Birliyinə inteqrasiya Moldova Respublikasının strateji məqsədidir” bəndinin əlavə edilməsi təklifinə “Bəli” və ya “Xeyr” deyəcək. Mövzu ilə bağlı təklif bu gün 101 yerlik parlamentdə 56 deputatın səsi ilə qəbul edilib. Rusiyayönlü partiyalardan olan bir çox deputat səsverməni boykot etsə də, 4 deputat əleyhinə səs verib.

Avropa Şurası ötən ilin dekabrında Ukrayna ilə birlikdə Moldova ilə üzvlük danışıqlarına başlamaq qərarına gəlib.

Moldovanın AB tərəfdarı prezidenti Maya Sandu Rusiyanın Ukraynaya təcavüzünü pisləyib və keçmiş sovet respublikasının Rusiyanın təsir dairəsindən çıxarmaq üçün addımlar atıb. Sandu mart ayında Rusiya təhlükəsinə qarşı Fransa ilə müdafiə sahəsində əməkdaşlıq müqaviləsi də imzalayıb.

Rusiyayönlü müxalifət partiyaları Sandunun Avropa Birliyinə inteqrasiya siyasətini dəstəkləmir. Müxaliflər iddia edirlər ki, Sandunun AB referendumunu prezident seçkiləri ilə eyni gündə keçirməsi onun seçilmək şansını artırmaq məqsədi daşıyır. Müxalifət partiyaları Rusiya ilə münasibətlərin yaxşılaşdırılmasını və referendumun təxirə salınmasını tələb edirlər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
231
3
vaxt.az

4Mənbələr