AZ

Moldovada Aİ-yə üzvlük referendumunun vaxtı açıqlandı

Moldova parlamenti oktyabrın 20-də prezident seçkiləri və Avropa İttifaqına (Aİ) daxil olmaq üçün referendumun keçirilməsinə razılıq verib.

Turkustan.az xəbər verir ki, Moldovada prezident seçkilərinin və Aİ-yə üzvlük referendumunun tarixləri açıqlanıb. Moldova parlamenti oktyabrın 20-də prezident seçkiləri və Aİ-yə üzvlüklə bağlı referendumun keçirilməsinə razılıq verib.

Moldovada seçicilər konstitusiyaya “ Avropa İttifaqına inteqrasiya Moldova Respublikasının strateji məqsədidir” əlavə edilməsi təklifinə “Bəli” və ya “Xeyr” səs verəcəklər . Mövzu ilə bağlı təklif bu gün 101 yerlik parlamentdə 56 deputatın səsi ilə qəbul edilib. Rusiyayönlü partiyalardan olan bir çox deputat səsverməni boykot etsə də, 4 deputat əleyhinə səs verib.

Avropa Şurası ötən ilin dekabrında Ukrayna ilə birlikdə Moldova ilə üzvlük danışıqlarına başlamaq qərarına gəlib.

Moldovanın Aİ tərəfdarı prezidenti Maia Sandu Rusiyanın Ukraynaya təcavüzünü pisləyib və keçmiş Sovet respublikası olan Moldovanı Rusiyanın təsir dairəsindən çıxarmaq üçün addımlar atıb. Sandu mart ayında Rusiya təhlükəsinə qarşı Fransa ilə müdafiə sahəsində əməkdaşlıq müqaviləsi də imzalayıb.

Rusiyayönlü müxalifət partiyaları Sandunun Avropa Birliyinə inteqrasiya siyasətini dəstəkləmir. Müxaliflər iddia edirlər ki, Sandunun Aİ referendumunu prezident seçkiləri ilə eyni gündə keçirməsi onun seçilmək şansını artırmaq məqsədi daşıyır. Müxalifət partiyaları Rusiya ilə münasibətlərin yaxşılaşdırılmasını və referendumun təxirə salınmasını tələb edirlər.

Eltac Zülfüqaroğlu/Turkustan.az

Seçilən
192
3
turkustan.az

4Mənbələr