AZ

Azərbaycanın meyvə-tərəvəz ixracından qazancı kəskin artıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycandan 180,3 milyon ABŞ dolları məbləğində 149,5 min ton meyvə-tərəvəz ixrac edilib.

İqtisadiyyat.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 19,2 milyon dollar çoxdur.

Hesabat dövründə meyvə-tərəvəz ixracı ölkənin ümumi ixracının 2,21 %-ni təşkil edib.

Əlavə edək ki, ötən ilin eyni dövründə Azərbaycan 161 milyon ABŞ dolları dəyərində 129,7 min ton meyvə-tərəvəz ixrac edib.

 

Gözəl Həşimova

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
145
50
iqtisadiyyat.az

10Mənbələr