AZ

Azərbaycan Rusiyaya qeyri-neft ixracını 11%-dən çox artırıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycan bu ilin yanvar-aprel aylarında Rusiyaya 317 milyon 645 min dollar dəyərində qeyri-neft məhsulları ixrac edib.

Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, illik müqayisədə 32 milyon 425 min dollar və ya 11,4% çoxdur.

Xatırladaq ki, ötən ilin eyni dövründə Rusiyaya ixrac edilən qeyri-neft məhsullarının dəyəri 285 milyon 220 min dollar təşkil edib. 

Hesabat dövründə Azərbaycanın ən böyük qeyri-neft idxalçısı da Rusiya olaraq qalıb. 

Ən sərfəli kredit üçün müraciət et

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
96
2
banco.az

10Mənbələr