AZ

Lavrov özünü və Putini təhqir etdi – Onun Çindəki açıqlaması hamını şoka saldı

Rusiyanın erməniəsilli xarici işlər naziri Sergey Lavrov ehtiyatsızlığa yol verib.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu, nazirin Çində olan Rusiya nümayəndə heyətinin səfər proqramının qeyri-rəsmi nüansları ilə maraqlanan rusiyalı jurnalistin sualına cavabı zamanı baş verib.

Rusiya XİN rəhbərinin sözlərinə görə, səfər proqramının qeyri-rəsmi nüansları ona məlum deyil, çünki çay süfrələri və şam yeməyi Çin tərəfindən təşkil olunur:

“Şərqdə deyildiyi kimi, qonaq ev sahibinin eşşəyidir. Proqram bütövlükdə Çin prezidentinin və onun komandasının  prezidentimizə lütfkarlıqla etdikləri təkliflərdən asılıdır. Məsələnin detalları protokola uyğun razılaşdırılmışdı. Deməli, hər şey ev sahiblərindən asılıdır. Biz isə nəzakətli insanlarıq, xüsusilə də qonaqlıqda”.

Xarici media bunu “Lavrov Putini Çin liderinin “eşşəyi” adlandırdı” başlığı ilə tirajlayıb.

Xatirə SADİQ,

KONKRET.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
163
50
konkret.az

10Mənbələr