AZ

Qaani bu 3 ölkəni təhdid etdi

Bütün cinayətkarlar bilməlidirlər ki, onların əməlləri və cinayətləri yadda saxlanılıb. Elə bilməyin ki, o gecə Fransa, Almaniya, İngiltərə təyyarələri gətirdilər və məsələ bitdi getdi. Bəli, o gecə bitdi, ancaq onların hesabı öz yerindədir.

Yenipress.az xəbər verir ki, bu sözləri SEPAH-ın Qüds qüvvələrinin komandiri İsmayıl Qaani deyib.

O, adıçəkilən ölkələrin İranın 14 aprel gecə saatlarında İsrailə etdiyi PUA və raket hücumunu zərərsizləşdirdiyini bildirib.

Qaani həmçinin İranın proksi qüvvələrinin hərəkətlərini təqdir edərək, onların ABŞ və İsraili çətin vəziyyətə saldıqlarını söyləyib:

“Sionist rejim, Amerika və bütün Qərb müqavimət cəbhəsinə (İranın bölgədəki proksi qüvvələri – red.) qarşı durmaqdan acizdirlər. Bu, şüar deyil. Təcrübədə sübut olunub və özləri də bunu etiraf edirlər”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
172
1
yenipress.az

2Mənbələr