AZ

Azərbaycanda YENİ əməkhaqqı sistemi: Maaşlar artacaq? - Ekspert AÇIQLADI

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə bu il iyulun 1-dək aylıq minimum əməkhaqqının saatlıq minimum əməkhaqqı ilə əvəz edilməsi ilə bağlı təklifləri hazırlaması və aidiyyəti üzrə təqdim etməsi tapşırılıb. Bu məbləğ necə hesablanacaq? Belə olan halda minimum əməkhaqqı da arta bilərmi ?

Bu barədə Ednews-a açıqlamasında iqtisadçı-ekspert Günay Hüseynova bildirdi ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən aylıq minimum əmək haqqının saatlıq minimum əmək haqqı ılə əvəzləşdirilməsi yönündə təkliflər planı üzərində iş gedir. Bu, Dünya Bankı Qrupunun “Business Ready” hesabatının “İşçi qüvvəsi” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2024-cü il üzrə Yol Xəritəsində öz əksini tapıb:

"Hal-hazırda minimum əməkhaqqı 345 manatdır. Bir gündə 8 saat işləyən işçi 5 günlük iş rejimində 40 saat işləyir, aylıq isə 160 saat. İşçinin 1 saatlıq əmək haqqı 2.15 manat edir. Bu məbləğ də təbii ki, çox aşağıdır. Afrika ölkələri ilə müqayisə edilə biləcək dərəcədə. Dollar ekvivalentində 1 dollar 26 sent edir. Hesablama elə olmalıdır ki, 1 saatlıq əmək haqqı ilə işçi ən azı minimum qidalanmasını ala bilsin. Avropa ölkələrəndə işçi 1 saatlıq əmək haqqı ilə ət, kartof, çörək, yağ və günlük ehtiyacları ala bilir. 2.15 manat ilə isə heç 1 litr yağ almaq olmaz. Bundan əlavə sistem elə qurulmalıdır ki, işçilərin haqqı müdafiə olunsun. Sənəddə işçiyə isə faktiki az maaş verilməsin. Onun üçün də əvvəla auditor yoxlanmasından keçməlidir  bütün qurumlar. Hər kəsin maaşı bank hesabına köçürülməlidir. İş yerlərinin giriş və çıxış saatını avtomatik cihaz hesablamalıdır. Ümumiyyətlə, sistem elə qurulmalıdır ki, işçinin haqqı tapdalanmasın, sui-istifadə halları olmasın".

Oğuz 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
89
50
ednews.net

10Mənbələr