AZ

Keçən il 559 nəfərin əmək müqaviləsi olmadan işə cəlb edildiyi aşkarlanıb

Keçən il Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi tərəfindən tikilməkdə olan 32 çoxmərtəbəli yaşayış binasında yoxlamalar keçirilib.

“İki sahil” xəbər verir ki, bu, İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun 2023-cü il üzrə illik məlumatında əksini tapıb.

Qeyd edilib ki, 47 şəxsin əmək müqaviləsi olmadan işə cəlb edilməsi faktı aşkarlanaraq 13 işəgötürən haqqında ümumilikdə 123.100 manat məbləğdə inzibati cərimə tətbiq edilib.

Dövlət Əmək Müfəttişliyi Xidmətinin vətəndaş müraciətləri əsasında apardığı yoxlamalar zamanı 512 (+143) şəxsin əmək müqaviləsi olmadan işləməsi faktı aşkarlanaraq işəgötürənlər ümumilikdə 2.374.400 (+591.900) manat məbləğdə cərimələnib. Habelə bir fakt üzrə işçini əmək funksiyasına aid olmayan işi (xidməti) yerinə yetirməyə məcbur etməyə görə aidiyyəti vəzifəli şəxs inzibati məsuliyyətə (cərimə) cəlb olunub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
238
5
ikisahil.az

10Mənbələr