AZ

Azərbaycanın xaricdən aldığı ət 25% bahalaşıb

2024-cü ilin yanvar-aprel ayında Azərbaycana xaricdən 36 milyon 503 min dollar dəyərində 16 739 ton ət idxal edilib.

Banker.az Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, 2023-cü ilin eyni ayları ilə müqayisədə ət idxalı dəyər ifadəsində 46.4%, miqdar ifadəsində isə 17.4% artıb.

Ötən ilin 4 ayında Azərbaycana 24 milyon 936 min dollar dəyərində 14 261 ton ət idxal edilmişdir.

1 ton ətin gömrük rəsmiləşdirilməsi qiyməti 1749 dollardan 2181 dollara yüksəlib (432 dollar və ya 25% artım).

Hesabat dövründə ət idxalı Azərbaycanın ümumi idxalının 0.67%-ni təşkil edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
90
50
banker.az

10Mənbələr