AZ

Yapı Kredi Bank Azərbaycan QSC və “Təmiz Şəhər” ASC “Tapılan Arzular” adlı birgə layihəyə start verib

®Yapı Kredi Bank Azərbaycan və “Təmiz Şəhər” ASC 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi gününə və 5 iyun – Ümumdünya ətraf mühitin mühafizəsi gününə dair birgə layihəyə başlamışdır.

“Tapılan Arzular” layihəsi çərçivəsində “Təmiz Şəhər” ASC tərəfindən zibil tullantılarının emalı zamanı aşkar olunmuş metal pullar yığılaraq banka təqdim olunur. Toplanılan vəsaitin üstünə bankımız tərəfindən əlavə vəsait ayrılaraq fiziki məhdudiyyəti olan uşaqlarımızın arzuları gerçəkləşdirilir.  Layihə haqqında ətraflı videonu qeyd olunan linkdən izləyə bilərsiniz.

Yapı Kredi Bank Azərbaycan ISO 14001 və ISO 14064 sertifikatlarına sahib olan ilk bank kimi, ekoloji göstəriciləri daha da yaxşılaşdırmaq, iqlim dəyişikliyi ilə mübarizədə daha aktiv rol oynamaq və ətraf mühiti qorumaq məqsədilə tədbirlər görür. Bank həmçinin dayanıqlı və sosial məsuliyyətli biznesləri birləşdirən Birləşmiş Millətlər Təşkilatının Qlobal (UN Global Compact) müvafiq sazişinə də qoşulub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
71
50
banker.az

10Mənbələr