AZ

Zelenski "vəziyyətin çətin olduğu Xarkov”a gedir

Ukrayna prezidenti Vladimir Zelenski bu gün verdiyi açıqlamada ordu ilə görüş keçirdiyini açıqlayıb.   Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Zelenski Xarkovdakı vəziyyəti “ümumi nəzarət altında olsa da, son dərəcə çətin” adlandırıb. Zelenski Rusiyanın hücum etdiyi Xarkova yollandığını açıqlayıb. "Xarkov vilayətində vəziyyət mürəkkəb olaraq qalır, lakin dinamik inkişaf edir. Müdafiə qüvvələrimiz vəziyyəti qismən stabilləşdirib. Düşmənin müəyyən rayon və yerlərdə irəliləməsi dayandırılıb", - Ukrayna ordusunun bugünkü bəyanatında deyilir. Rusiya isə bölgədəki Liptsi kəndini ələ keçirməyə çalışdıqlarını bildirib. Əfsanə Rəcəb Manşet.az

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
100
1
manset.az

2Mənbələr