AZ

Qəzzada "dost atəşi" - 5 İsrail əsgəri öldü

İsrail ordusunun hücumlarını davam etdirdiyi Qəzza zolağında "dost atəşi" nəticəsində 5 İsrail əsgəri həlak olub.

Publika.az xəbər verir ki, bu barədə “The Times of Israel” qəzeti məlumat verib.

Cibaliya Qaçqınlar Düşərgəsində baş verən hadisədə 5 çavuşun öldüyü, 7 nəfərin yaralandığı bildirilir.

İsrail ordusunun ilkin hesabatında, desantlarla hərəkət edən İsrail tankının dünən gecə iki dəfə İsrail əsgərlərinin yerləşdiyi binaya atəş açdığı məlum olub.

Qeyd edək ki, "dost atəşi" hərbi birliyin öz qüvvələrinə və ya müttəfiq qüvvələr üzərinə açdığı atəş hesab olunur.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
44
50
publika.az

10Mənbələr