AZ

Rəfahda vəziyyət kəskinləşir: İsrail rabitə və interneti tamamilə kəsdi

İsrail hakimiyyəti Qəzza zolağının cənubunda, Misirlə sərhəddə yerləşən Rəfah bölgəsində rabitə və interneti kəsib.

Bu barədə "Tasnim" agentliyi məlumat verib.

Agentliyin məlumatına görə, İsrail ordusunun artilleriya və hava zərbələrinin artması fonunda Rəfahda rabitə və internet kəsilib.

Həmçinin "Əl-Cəzirə" telekanalı qeyd edib ki, İsrail Müdafiə Qüvvələri Rəfahın cənub və qərb bölgələrində reydlər keçirir. Rəfahın cənubundakı İbna və Şabura qaçqın düşərgələrində İsrail tankları yerləşdirilib.

Mənbə: TASS

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
121
9
hakimiyyet.az

10Mənbələr