AZ

Türkiyə və Ukraynanın müdafiə nazirləri taxıl sazişinin bərpasını müzakirə ediblər

Türkiyənin müdafiə naziri Yaşar Gülər ​​Ukraynanın müdafiə naziri Rustem Umerov ilə görüşüb. Tərəflər 2023-cü ilin iyulunda başa çatan taxıl sazişinin bərpasını müzakirə ediblər.

Türkiyə Müdafiə Nazirliyindən bildirilib ki, nazirlərin görüşü konstruktiv şəraitdə keçib. Məlumata görə, tərəflər taxıl müqaviləsinin bərpasını davam etdirmək barədə razılığa gəliblər.

Bundan əlavə, Yaşar Gülər ​​Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini bildirib, Qara dənizdə gərginliyin qarşısının alınmasının vacibliyindən danışıb və Türkiyənin Bosfor və Çanaqqala boğazları üzərində suverenliyini müəyyən edən Montrö Konvensiyasına sadiq olduğunu bəyan edib.

Rusiya iyulun 18-də şərtlərinin yerinə yetirilmədiyini bəyan edərək, taxıl sazişindən çıxıb. Ölkə “Rosselxozbank”ı SWIFT-ə yenidən qoşmağı və Rusiya kənd təsərrüfatı məhsulları və gübrələrinin dünya bazarına çıxışına qoyulan qadağanın aradan qaldırılmasını tələb edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
86
44
banker.az

10Mənbələr