AZ

Lənkəranda Regional Travmatoloji Mərkəz yaradılacaq

Lənkəran Rayon Mərkəzi Xəstəxanasının nəzdində zəruri kadr potensialına və infrastruktura malik Regional Travmatoloji Mərkəzin yaradılması nəzərdə tutulub.

Bu barədə xəstəxananın direktoru Ağabala Kəlbiyev məlumat verib.

O bildirib ki, bununla bağlı müvafiq qurumlara müraciət olunub.

Direktor belə mərkəzin yaradılmasına zərurəti yol qəzalarının, eləcə də oynaq və sümük xəstəlikləri üzrə edilən müraciət saylarının çox olması ilə əlaqələndirib:

“Yeni mərkəzin yaradılması ilə region əhalisinə ixtisaslaşdırılmış tibbi xidmət, həmçinin müvafiq profil üzrə mürəkkəb klinik hallar zamanı regionun tibb müəssisələrinə konsultativ-diaqnostik yardım göstəriləcək. İndiyədək yalnız paytaxtda yerləşən ixtisaslaşmış tibb müəssisələrində icrası mümkün olan bir sıra mürəkkəb travmatoloji əməliyyatların sözügedən mərkəzdə həyata keçirilməsi planlaşdırılır”.

Seçilən
243
49
banker.az

10Mənbələr