AZ

"Crocus"da terakt törətməkdə ittiham olunan 4 şəxslə bağlı QƏRAR verildi

Moskvanın Basmannı məhkəməsi "Crocus City Hall" konsert zalına gələn qonaqlara hücum etməkdə ittiham olunan 4 nəfərin həbs müddətini avqustun 22-dək uzadıb.

BAKU.WS bu barədə TASS-a istinadən xəbər verir.

Məhkəmə təqsirləndirilən şəxslər Dalerjon Mirzoev, Saidakram Raçabalizoda, Şəmsidin Fəriduni və Məhəmmədsobir Fayzovun barəsində istintaqın aparılması üçün vəsatətləri qəbul edib.

Xatırladaq ki, bu il martın 22-də "Crocus City Hall" konsert zalında terror aktı baş verib. Hücum edənlər binadakı insanlara avtomat silahlardan atəş açıblar. Binada yanğın baş verib. 144 nəfər terror aktının qurbanı olub. Terror aktı ilə bağlı ümumilikdə 9 nəfər həbs edilib. Hadisə ilə bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 205-ci maddəsi ilə cinayət işi başlanıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
122
21
baku.ws

10Mənbələr