AZ

“Crocus City Hall”da terror aktı törədən Dalerjon Mirzoyevin həbs müddəti UZADILDI

Məhkəmə “Crocus City Hall”da terror aktını törədənlərdən biri Dalerjon Mirzoyevin həbs müddətini uzadıb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Bildirilir ki, Krokus terrorçusu Dalerjon Mirzoyevin həbs müddəti uzadılıb.

O, avqustun 22-dək istintaq təcridxanasında qalacaq.

Xatırladaq ki, “Crocus City Hall” konsert zalında törədilən terror aktı ilə bağlı şübhəli bilinən dörd nəfər həbs edilib.

Onlardan biri 33 yaşlı Dalerjon Mirzoyev günahını tamamilə etiraf edib. O, Tacikistan Respublikasının vətəndaşıdır, ailəlidir və dörd övladı var. Onun əvvəllər məhkumluğu olmayıb.

Mirzoyev Rusiya Federasiyası ərazisində qeydiyyat müddəti bitmiş olub və işləməyib.

Xuraman Etibarlı

İnterpress.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
145
21
interpress.az

10Mənbələr