AZ

Fransa Yeni Kaledoniyanı itirir? – İngilis politoloqdan ÖZƏL ŞƏRH

 

Xəbər verdiyimiz kimi, Yeni Kaledoniyada Fransa prezidenti Makronun rejimi hökm sürür. Rəsmi Parisin neomüstəmləkəçilik siyasəti ada əhalisini təngə gətirib. Yerlilər artıq uzun müddətdir ki, etiraz aksiyaları keçirir və azadlıq uğrunda mübarizə aparırlar. Azərbaycanla isti münasibətləri olan Yeni Kaledoniyada Fransa fövqəladə vəziyyət elan edib. Fransa Yeni Kaledoniyanı itirə bilərmi?
 
Məsələ ilə bağlı ingilis politoloq Robert Thomas Ednews-a açıqlaması zamanı bildirib ki, bu Yeni Kaledoniyada 1980-ci illərdən bəri ən böyük vətəndaş qarşıdurmasıdır:

“Avstraliya ilə Fici arasında yerləşən Yeni Kaledoniya 19-cu əsrdən bəri Fransa ərazisidir. Bölgə müstəmləkəçilikdən sonrakı dövrdə Fransanın tərkibində olmağa davam edib. Fransa və Yeni Kaledoniya arasında 1998-ci ildə imzalanan Noumea sazişində Paris bölgəyə daha çox siyasi muxtariyyət verəcəyini və seçici siyahısını o zaman sakinlərlə məhdudlaşacağını vəd etdi. Yəni rayonda seçici siyahıları 1998-ci ildən yenilənmir. Bu o deməkdir ki, adada yeni məskunlaşanlar səs verə bilməz. O vaxtdan bəri adada 40 mindən çox fransızın məskunlaşdığı təxmin edilir. Adada sonradan məskunlaşanların səsverməsinin Fransayönlü siyasətləri dəstəkləyəcəyini ortadadır.

Politoloq vurğulayır ki, 1998-ci ildə əldə olunan razılaşmadan sonra bölgədə üç dəfə müstəqillik referendumları keçirilib: 

“Müstəqillik əleyhdarları ilk ikidə az fərqlə qalib gəlsələr də, 2021-ci ilin dekabrında keçirilən son referendum Covid səbəbilə təxirə salınma tələbləri qəbul edilməyən müstəqillik tərəfdarları tərəfindən boykot edilmiş və bu referendumdan müstəqillik qərarı alınmamışdır. Təxminən 300 min əhalisi olan Yeni Kaledoniyada yerli Kanak tayfası əhalinin təxminən 40 faizini təşkil edir. Nəticədə, son 20 ildə bütün Yeni Kaledoniyalılara səs vermək üçün güc bölgüsü strukturlarının mürəkkəb şəbəkəsi yaranıb. Üç əyalət hökuməti var. Cənub əyaləti adlanan biri, əsas adada yerləşən paytaxt Noumea ətrafında yerləşir və əhalinin üçdə ikisi və iqtisadi fəaliyyətin əksəriyyətinə ev sahibliyi edir”.

Politoloq qeyd edib ki, Fransa hazırda Yeni Kaledoniya ilə bağlı nəzarəti xeyli dərəcədə gücləndirib:

“İnanmıram ki, Yeni Kaledoniya müstəqillik qazansın lakin geniş imtiyazlar  əldə edəcəkləri qeyri-real deyil. Bunu biz adada olan digər iğtisaşlardan görə bilərik.Yeni Kaledoniya indi dövlətçiliklə bağlı bir çox hüquqlar, o cümlədən fransızlarla yanaşı oturan Yeni Kaledoniya vətəndaşlığına malikdir. İndi onun Sakit okean qonşuları ilə xarici siyasət və ticarət danışıqları aparmaq hüququ var. Yaponiya bu yaxınlarda Nouméa-da konsulluq açıb və digər ölkələr Çinin bölgədəki təsirinə qarşı çıxmaq üçün varlığını gücləndirir”.

Xəyal Ramiz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
73
50
ednews.net

10Mənbələr