AZ

Fransa ali dəyərlərdən bir vasitə kimi istifadə edir-Kazım Kazımov- ÖZƏL

"Fransanın bu açıqlaması şübhəsiz ki, fikirləri Yeni Kaledoniyadan yayındırmaq üçündür".

Bu fikirləri politoloq Kazım Kazımov Olaylar.az-a açıqlamasında bildirib:

"Fransa son bir neçə gündür Yeni Kaledoniyada sözün həqiqi mənasa soyqırım törədir. Beynəlxalq, yerli mətbuatın çəkdiyi, sosial medialarda yayılan videolarda açıq görünür ki, fransız güc qüvvələri-polisi, hərbçisi bu günlərdə Yeni Kaledoniyada küçə ortasında etiraz edən sivil insanları, hətta yoldan keçənləri vurur. Bunlar rezin güllələr deyil. Əsl hərbi patronlardan istifadə edilir və insanlar küçənin ortasında qətlə yetirilir. Yeni Kaledoniya Fransanın gözündə hələ də sömürgənlik torpağıdır. Fransa özünü nə qədər demokratik, ali hüququ qoruyan bir ölkə olaraq göstərsə də, biz onun Əl-Cəzairdə etdiyi soyqırımı çox yaxşı tanıyırıq. Fransız legionerlərin Birinci Dağlıq Qarabağ müharibəsində erməni cəlladlarına necə kömək etdiyini çox yaxşı xatırlayırıq. Tarixində hər zaman soyqırım və terrora dəstək olan bir ölkənin bu gün Yeni Kaledoniyada sırf öz azadlıqları, hüquqları üçün sivil şəkildə mübarizə aparan insanlara qarşı belə bir terrora və qətliama əl atmağı təbii ki, bizləri təəccübləndirmir. Fransa bu gün Azərbaycanı Yeni Kaledoniya ilə həmrəylik təşkil edən açıqlamaları, Azərbaycanın bu soyqırıma diqqət çəkməyinə Fransa həmişə olduğu kimi absurd şəkildə cavab verir. Fransanın bu cavabı əslində, bir daha göstərir ki, Fransa ali dəyərlərdən bir vasitə kimi istifadə edir. Biz bu gün Kaledoniyada Fransanı alqışlasaydıq, Fransa bizim haqqımızda çox müsbət sözlər deyərdi. Amma biz bu gün işğalçının, zülmkarın deyil də yerli məzlum Kaledoniya xalqının yanında durduğumuza görə belə əsassız ittihamlara məruz qalırıq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
288
50
olaylar.az

10Mənbələr