AZ

Sui-qəsdə məruz qalan Slovakiya Baş nazirinin son vəziyyəti AÇIQLANDI

Dünən sui-qəsd cəhdinə məruz qalan Slovakiyanın Baş naziri Robert Fikonun son vəziyyəti ilə bağlı açıqlama verilib.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Slovakiyanın baş nazirinin müavini və müdafiə naziri Robert Kalinak bildirib ki, dünən hücuma məruz qalan Fikonun əməliyyatdan sonra vəziyyəti stabil olaraq qalır.

Kalinak \"Əməliyyatdan sonra Baş nazirin vəziyyəti stabilləşdi, ancaq ciddiliyi davam edir\" deyərək Fikonun bunun öhdəsindən gələcəyinə inancının tam olduğunu əlavə edib.

Xəstəxana müdiri Fikonun bir çox yerindən vurulduğunu və əməliyyatın 5 saat davam etdiyini, Baş nazirin müalicəsinin xəstəxananın xüsusi bölməsində davam etdirildiyini bildirib.

Xatırladaq ki, Robert Fiko paytaxt Bratislavadan təxminən 200 kilometr uzaqlıqdakı Handlova qəsəbəsində keçirilən Nazirlər Şurasının iclasından sonra binanın qarşısında gözləyən vətəndaşları salamlayarkən hücuma məruz qalıb.

Ölkə mətbuatında 71 yaşlı Slovakiya vətəndaşı, yazıçı Juraj C-nin hökumətin siyasətini bəyənmədiyi üçün hücum təşkil etdiyi bildirilir.
 
Mikayıl
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
18
38
azxeber.com

10Mənbələr