AZ

AFFA-dan "Zirə"yə xəbərdarlıq

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.

Yığıncaqda Azərbaycan Premyer Liqasının XXXIV turunda baş verənlər müzakirə olunaraq müvafiq qərarlar verilib.

“Neftçi” ilə matçda ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə alan “Kəpəz”in futbolçusu Şakir Seyidov 2 oyun cəzalanıb. Bu, o deməkdir ki, futbolçu üçün mövsüm başa çatıb. Gəncə klubu 1500 manat cərimə edilib.

“Zirə” – “Qarabağ” qarşılaşmasının 89-cu dəqiqəsində meydan sahiblərinin azarkeşləri tərəfindən hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə ilk dəfə yaşandığına görə Bakı təmsilçisinə xəbərdarlıq edilib.

4 futbolçusu sarı vərəqə alan “Qarabağ” 700 manat cərimə edilib.

“Sumqayıt” – “Səbail” matçı bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə qonaqlar 800 manat cərimələnib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
264
8
cbcsport.az

8Mənbələr