AZ

AFFA-dan “Zirə”yə xəbərdarlıq, “Sabah”ın legionerə cəza

Bu gün AFFA-nın İntizam Komitəsinin növbəti iclası keçirilib.

Msport.az xəbər verir ki, yığıncaqda Azərbaycan Premyer Liqasının XXXIV turunda baş verənlər müzakirə olunaraq müvafiq qərarlar verilib.

“Neftçi” ilə matçda ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə alan “Kəpəz”in futbolçusu Şakir Seyidov 2 oyun cəzalanıb. Bu, o deməkdir ki, futbolçu üçün mövsüm başa çatıb. Gəncə klubu 1500 manat cərimə edilib.

“Zirə” – “Qarabağ” qarşılaşmasının 89-cu dəqiqəsində meydan sahiblərinin azarkeşləri tərəfindən hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə ilk dəfə yaşandığına görə Bakı təmsilçisinə xəbərdarlıq edilib.

4 futbolçusu sarı vərəqə alan “Qarabağ” 700 manat cərimə edilib.

“Sumqayıt” – “Səbail” matçı bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə qonaqlar 800 manat cərimələnib.

“Sabah”ın gürcüstanlı hücumçusu Davit Volkov isə 2-si şərti olmaqla 4 oyunluq cəza alıb. Buna forvardın “Qəbələ”yə uduzduqları (0:2) Premyer Liqanın XXXIV turunun matçında birbaşa qırmızı vərəqə alaraq meydandan qovulması səbəb olub.

Gürcüstanlı forvarda üç ay sınaq müddəti təyin edilib. Paytaxt təmsilçisi oyunçusunun hərəkətinə görə 3000 manat cərimələnib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
211
8
msport.az

8Mənbələr