AZ

İsrail ordusu Rəfahda əsgər yığır

İsrail ordusunun Qəzza zolağının cənubundakı Rəfah şəhərinə əlavə hərbçi göndərdiyi açıqlanıb və burada qurudan hücumu genişləndirməklə hədələyib.

Turkustan.az xəbər verir ki, İsrail ordusunun Qəzza zolağının cənubundakı Rəfah şəhərinə əlavə hərbçi göndərdiyi açıqlanıb və burada qurudan hücumu genişləndirməklə hədələyib.

“The Times of Israel”in xəbərində İsrail ordusunun Rəfahın şərqində yerləşən 162-ci diviziyaya qoşulmaq üçün gecə komando birliyi göndərdiyi bildirilib.

Xəbərdə baş nazir Benyamin Netanyahu hökumətinin İsrailin Rəfahda “quru hücumlarını genişləndirməsinə” icazə verdiyi bir vaxtda Rəfaha əlavə hərbi qüvvələr göndərildiyi qeyd edilib.

İsrail ordusu mayın 6-da verdiyi açıqlamada məcburi köçkün fələstinlilərin sığındığı Rəfahın şərqindəki bəzi məhəllələrin boşaldılmasını istəyib və mayın 7-də səhər saatlarında Qəzzanın Rəfah bölgəsinə qurudan hücuma keçdiyini açıqlayıb. Misirlə sərhəd qapısının Qəzza tərəfini ələ keçirdiyini bildirdi.

Eltac Zülfüqaroğlu/Turkustan.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
62
50
turkustan.az

10Mənbələr