AZ

FETÖ osminoqa bənzəyir...

Milliyyətçı Hərəkət Partiyasının (MHP) başqanı Dövlət Baxçalı, partiyasının fraksiya toplantısında çıxışı zamanı bu günlərdə daxili işğal cəbhəsində toplanmış, polis və ədliyyə orqanlarına yerləşdirilmiş alçaq və kripto quldur dəstələrinin yenidən Türkiyə ilə bağlı planlar qurduğunu və dövlət çevrilişinə cəhd göstəriləcəyini bildirib.

D.Baxçalı qeyd edib ki, kripto çətələrin yenidən Türkiyə üzərinə xain hesablar planladıqları görülməkdədir və onların hədəfi “Cümhur İttifaqı”ını və Türkiyəni sarsıtmaqdır.

MHP liderinin Türkiyədə növbəti çevriliş barədə bu xəbərdarlığından sonra Prezident Rəcəb Tayyib Ərdoğan dərhal hərəkət keçib və ötən gün axşam saatlarında güc strukturlarının rəhbərləri ilə təcili görüş keçirib.

Görünən budur ki, FETÖ hələ də ayaqdadır və dövlətin bir çox strukturlarında, o cümlədən polis orqanlarında FETÖ-nun uzantıları iş başındadır. Və indi onları xaricdən bəsləyənlərin sıraları yenidən genişlənməkdədir.

P.S. FETÖ çoxlu əli, ayağı olan osminoqa bənzəyir, ilk fürsətdə hər yerə sızmağa çalışır. Odur ki, bu örgütə qarşı mübarizə hələ uzun çəkəcək.

Bəybala Mirzəyev

visiontv.az



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
45
50
visiontv.az

10Mənbələr