AZ

Məşhur menecer Ajda Pekkan haqqında qalmaqallı açıqlama verdi - VİDEO

Türkiyədə Gökhan Kalaycıoğlunun “Haber Bahane” verilişində qonaq olan təşkilatçı və menecer Ahmet San məşhur müğənni Ajda Pekkanla bağlı diqqət çəkən açıqlamalar verib.   Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Ahmet San Ajda Pekkanın dünya ulduzu ola bilməməsinin  səbəbini açıqlayıb. Ahmet San bildirib ki, müğənni Fransız ulduzu olarkən pula üstünlük verib.   Ahmet San açıqlamasında, "Elvis Presliyə və bütün böyük fransız müğənnilərinə musiqi bəstələmiş amerikalı Ajda Pekkana aşiq olmuşdu və ona gözəl mahnı bağışlamışdı. 1974-cü illərdən danışıram. Hər yerdə Ajda Pekkanın mahnısı çalınırdı. O dövrün ən böyük fransız müğənnilərindən biri olan Enriko Macias Ajda ilə Olumpiada çıxış edirdi. Avropa ulduzu olmaq yolunda irəliləyərkən Bebek Bələdiyyəsindən 6 aylıq iş və bilmirəm neçə aylıq pulu qabaqcadan aldığı üçün o bazarı tərk etdi” ifadələrindən istifadə edib.
Əfsanə Rəcəb

Manşet.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
104
manset.az

1Mənbələr