AZ

Nuriyyə Əhmədova: “O vaxt tapşırıqsız “Leyli” obrazını oynaya bilməzdin” – VİDEO

Əməkdar artist Nuriyyə Əhmədova “Leyli və Məcnun” tamaşasında “Leyli” obrazını canlandıra bilməməsinin pərdəarxası səbəblərini üzə çıxarıb.

Bizim.Media xəbər verir ki, bu haqda sənətçi qonaq olduğu “Rəngarəng səhər” verilişində danışıb.

Əhmədova bildirib ki, “Leyli” rolunu oynamaq üçün aktrisa tapşırılmalı imiş:

““Leyli”ni heç zaman oynamamışam və bunun üçün də heç kimə ağız açmamışam. O zamanlar müsabiqəyə gələndə maestro Niyazi mənə dedi ki, “Operamızın ən gözəl “Leyli”sini tapmışıq. Sən “Leyli”ni oynaya biləcək hər tərəfli, yəni milli xüsusiyyətləri cəm edirsən, üz cizgilərin, boyun...” Elə oldu ki, Milli Konservatoriyanı bitirəndən sonra qəribə durğunluq başladı. Siyasi proseslər, sənətdə də durğunluq oldu. Bundan sonra canlanma oldu. O vaxt tapşırmasaydılar, sən “Leyli” obrazını canlandıra bilməzdin. Mən də bununla bağlı heç kimə ağız açmadım və xahiş etmədim. İndi də çox gecdir. 40-45 yaşında “Leyli”ni oynamaq olmaz. “Leyli”ni canlandırmaq üçün aktrisa cavan və gənc olmalıdır”.Bu anda proqramın aparıcısı Zaur

Nəbioğlunun “Xalq artisti Gülyaz Məmmədova “Leyli” obrazını indi də canlandırır” sözlərinə Nuriyyə “Bu, mənim şəxsi fikrimdir. Başqalarını deyə bilmərəm. Opera səhnəsində müxtəlif rollar var. O rolları canlandırmaq olar. Amma hamının “Leyli” obrazını mütləq canlandırmalısan məqamı yoxdur” cavabını verib.
 


Rəşad Əliyev, Bizim.Media
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
62
50
bizim.media

10Mənbələr