AZ

Dörd dost ağır qəzaya düşdü, biri öldü

Ötən gecə Bakı şəhər Binəqədi rayonu Goradil qəsəbəsində ağır yol qəzası baş verib.

Yenipress.az xəbər verir ki, gecə saat 01 radələrində 1999-cu il təvəllüdlü Piruz İsa oğlu Məmmədovun idarə etdiyi "Mersedes Benz C 320" markalı avtomobil yol kənarındakı evin daş hasarına çırpılıb.

Nəticədə ön oturacaqda əyləşmiş sərnişin, 2002-ci il təvəllüdlü Tofiq Azər oğlu Həsənov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Sürücü P.Məmmədov və digər sərnişinlər - 1998-ci il təvəllüdlü Orxan Fariz oğlu Piriyev və 1996-cı ildə anadan olmuş Allahverdi Sabir oğlu Aslanov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı Binəqədi RPİ-də cinayət işi başlanılıb.

Bildirilir ki, qəzaya düşən 4 gənc dost olublar.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
81
18
yenipress.az

10Mənbələr