AZ

Azərbaycanın həndbol millisi Özbəkistandakı turnirdə bu gün ilk matçını keçirəcək

Azərbaycanın qadınlardan ibarət həndbol millisi Özbəkistanın paytaxtı Daşkənddə startı veriləcək Mərkəzi Asiyanın Açıq Çempionatında bu gün ilk matçını keçirəcək. SİA xəbər verir ki, təmsilçimiz saat 10:30-da yerli OKMK klubu ilə qarşılaşacaq.

Qeyd edək ki, mayın 21-dək davam edəcək yarışda 9 komanda mübarizə aparacaq. Turnirdə yığmamızla yanaşı, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Tacikistan təmsilçiləri mükafatlar uğurunda yarışacaq. Millimiz Qazaxıstanın ALMATA REGİON, Özbəkistanın ROPSTTM və OKMK klubları ilə birgə A qrupunda mübarizə aparacaq.

Qrup mərhələsində ilk iki yeri tutacaq komandalar yarımfinala yüksələcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
187
50
sia.az

10Mənbələr