Azərbaycan sərhədçiləri yaxın 8-9 gün ərzində sərhədin demarkasiya olunan Qazax-Tavuş istiqamətinə yerləşəcək.
Publika.az xəbər verir ki, bu barədə Ermənistanın baş nazirinin aparatının informasiya və ictimaiyyətlə əlaqələr şöbəsi bildirib.
Məlumatda qeyd olunur ki, hər iki tərəfin – Ermənistan və Azərbaycanın sərhədçiləri razılaşdırılmış səthəddə yaxın 8-9 gün ərzində yerləşdiriləcək.
“Həssas yer olan Kirantsda isə sərhədçilərin yerləşməsi bir qədər vaxt alacaq, burada müəyyən detalları dəqiqləşdirməyə ehtiyac var”, - Ermənistanın sərmi açıqlamasında bildirilir.
Qeyd edək ki, demarkasiya nəticəsində Kirants kəndinin bir hissəsi Azərbaycana təhvil verilir.
Asif
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta