Azərbaycan sərhədçiləri yaxın 8-9 gün ərzində sərhədin demarkasiya olunan Qazax-Tavuş istiqamətinə yerləşəcək.Bu barədə Ermənistanın baş nazirinin aparatının informasiya və ictimaiyyətlə əlaqələr şöbəsi bildirib.Məlumatda qeyd olunur ki, hər iki tərəfin – Ermənistan və Azərbaycanın sərhədçiləri razılaşdırılmış sərhədə yaxın 8-9 gün ərzində yerləşdiriləcək.