AZ

Ərəblər ona elə bir təklif hazırlayırlar ki…

“Mançester Siti”nin və Belçika millisinin yarımmüdafiəçisi Kevin De Bruyne karyerasını Səudiyyə Ərəbistanı Pro Liqasında davam etdirə bilər.

Publika.az xəbər verir ki, insayder Nikolo Skiranın sözlərinə görə, Səudiyyə Ərəbistanının ən yaxşı klublarından biri “Siti” və futbolçunun özü üçün fantastik və çox səxavətli təklif hazırlayır.

32 yaşlı belçikalının “şəhərlilər”lə müqaviləsi 2025-ci ilin yayında başa çatır. De Bruyne bu mövsüm bütün turnirlərdə 24 “Siti” matçında 6 qol vurub və 18 məhsuldar ötürmə edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
252
50
publika.az

10Mənbələr