AZ

Lisey və gimnaziyalara ərizə qəbuluna BU TARİXDƏN başlanılır

2024-2025-ci tədris ili üzrə Bakı şəhəri və ölkənin müxtəlif bölgələrində yerləşən bir sıra lisey və gimnaziyalara şagird qəbulu mərkəzləşdirilmiş imtahanla həyata keçiriləcək.  

Təhsil İnstitutundan Manset.az-a  bildirilib ki, sözügedən lisey və gimnaziyalara ərizə qəbulu mayın 20-dən iyunun 13-dək davam edəcək.

Bunun üçün valideyn (və ya qanuni nümayəndə) şəxsi kabinetində “Sorğu yerləşdir” bölməsinə daxil olaraq “Mərkəzi imtahanla qəbul” düyməsini sıxmaqla imtahanın keçiriləcəyi mərkəzi seçməlidir.
Şagirdlər əvvəlcə mərkəzləşdirilmiş qəbul imtahanında iştirak etməli, sonra isə topladıqları bala müvafiq olaraq təhsil almaq istədikləri lisey və ya gimnaziyaların seçimini aparmalıdırlar. İmtahan zamanı şagirdlərə tədris dili və riyazi təfəkkürü ölçən standart və qeyri-standart suallar təqdim ediləcək.

Mərkəzləşdirilmiş qaydada qəbul prosesi keçiriləcək lisey və gimnaziyalar haqqında məlumatı linkdən əldə etmək olar.

Qeyd olunan müəssisələr haqqında ətraflı məlumatı şagirdlərin elektron yerdəyişməsi portalında “Mərkəzi imtahanlı liseylər” bölməsindən əldə etmək mümkündür.

Mərkəzi imtahanla qəbul həyata keçirilən lisey və gimnaziyalara qəbul qaydaları ilə buradan tanış ola bilərsiniz.

Qeyd edək ki, lisey və gimnaziyalara qəbul imtahanı 7 və 8-ci siniflər üzrə iyunun 21-i, 6-cı siniflər üzrə iyunun 22-si, 5-ci siniflər üzrə iyunun 23-ü həyata keçiriləcək.
 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
310
49
manset.az

10Mənbələr