AZ

Fitsonun vəziyyəti çox ağırdır, dua edirik - Nazir

Sui-qəsdə məruz qalan Slovakiya Baş naziri Robert Fitsonun vəziyyəti olduqca ağırdır, əməliyyat davam etdirilir.

Axar.az xəbər verir ki, bu barədə Slovakiya müdafiə naziri Robert Kalinyak deyib.

“Vəziyyəti olduqca ağırdır. Sağlamlığına qovuşması üçün dua edirik. Hələlik, yaxşı xəbərlər yoxdur. O, həqiqətən də ağır durumdadır. Əməliyyat 3,5 saatdır ki, davam edir”, - deyə nazir bildirib.

Qeyd edək ki, bəzi media orqanları baş nazirin hazırki vəziyyətinin stabil olduğu barədə məlumat yaymışdı.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
48
38
axar.az

10Mənbələr