AZ

SUİ-QƏSDƏ UĞRAMIŞ SLOVAKİYA BAŞ NAZİRİNİN VƏZİYYƏTİ AÇIQLANIB

Sui-qəsd nəticəsində yaralanmış Slovakiya Respublikasının Baş naziri Robert Fitsonun əməliyyatı uğurlu keçib.

TEZADLAR.AZ xəbər verir ki, bu barədə “TA3” telekanalı məlumat yayıb.

Qeyd olunub ki, hazırda onun vəziyyəti stabildir.

Xatırladaq ki, Slovakiya Nazirlər Kabinetinin iclasından sonra Robert Fitso ictimaiyyət qarşısına çıxdıqda bir neçə dəfə atəş açılıb. Yaralanan nazir xəstəxanaya aparılıb. Baş nazirə sui-qəsd edən şəxs saxlanılıb.

Qeyd edək ki, Slovakiyanın yeni seçilmiş prezidenti Peter Pelleqrini hadisədən sonra xarici səfərini yarımçıq qoyub və baş nazir Robert Fitsoya qarşı sui-qəsd cəhdi ilə bağlı vətəninə qayıtmaq qərarına gəlib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
144
50
tezadlar.az

10Mənbələr