AZ

Paşinyan Serbiyanın Baş nazirinə təbrik məktubu göndərib

Ermənistanın Baş naziri Nikol Paşinyan Serbiyanın Baş naziri Miloş Vuçeviçə bu vəzifəyə seçilməsi münasibətilə təbrik məktubu göndərib.

BiG.AZ xəbər verir ki, Baş nazirlikdən verilən məlumata görə, bəyanatda deyilir:

"Serbiya Respublikasının Baş naziri vəzifəsinə seçilməyiniz münasibətilə sizi təbrik edir, bu məsul vəzifədə yeni nailiyyətlər arzulayıram.

Ermənistan Serbiya ilə qarşılıqlı hörmət və etimada əsaslanan dostluq münasibətlərini yüksək qiymətləndirir.

Ümidvaram ki, birgə səylərlə biz ikitərəfli gündəliyi ölkələrimizin və xalqlarımızın rifahı naminə yeni təşəbbüslər və proqramlarla zənginləşdirə biləcəyik".


BiG.Az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
183
21
big.az

10Mənbələr