AZ

Paşinyan Rusiyanın TV kanallarını yayımı dayandırmaqla hədələdi

Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya TV kanallarının Ermənistanda yayımlarını dayandırmaqla hədələyib.

O bu barədə mətbuat konfransında çıxışı zamanı bəyanat verib.

Paşinyanın sözlərinə görə, buna səbəb kanalların ölkənin daxili həyatına hörmətsizlik nümayiş etdirmələridir.

O bildirib ki, Rusiyadan yayımlanan telekanallar bu hörmətsizliyə davam edərsə, onların ölkədə yayımları dayandırılacaq./Oxu.az


BiG.Az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
316
21
big.az

10Mənbələr