Slovakiya Respublikasının Baş naziri Robert Fitsoya qarşı sui-qəsd edilib.
Yenipress.az xəbər verir ki, bu barədə xarici mətbuatda məlumat yayılıb.
Məlumata görə, o, hökumətin iclasının keçirildiyi binada atışma zamanı yaralanıb. Baş nazirin helikopterlə xəstəxanaya aparıldığı bildirilir.
Hücum edən şəxs saxlanılıb.